İpoteka kreditlərinə zəmanətlərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na uyğun tənzimlənir. Zəmanətin verilməsinə dair şərtlər aşağıdakı kimidir:
Zəmanət haqları ilkin ödənişdən və kreditin müddətindən asılı olaraq birdəfəlik və hissəvi ola bilər. Zəmanət haqqı üzrə tarif dərəcələri aşağıdakı kimidir:
Birdəfəlik ödəniş
Kreditin növü | Kreditin müddəti (il) / | 60-70%-dək | 70-80%-dək | 80-85%-dək |
Güzəştli | kredit müddətindən asılı olmayaraq | 0.60% | 0.70% | 0.80% |
Adi | [3-7] | 1.00% | 1.60% | 1.80% |
(7-15] | 1.80% | 2.00% | 2.20% | |
(15-25] | 2.00% | 2.20% | 2.40% |
Hissəvi ödəniş
Kreditin növü | Kreditin müddəti (il)/ | 60-70%-dək | 70-80%-dək | 80-85%-dək |
Güzəştli | kredit müddətindən asılı olmayaraq | 0.20% | 0.25% | 0.30% |
Adi | [3-7] | 0.30% | 0.40% | 0.50% |
(7-15] | 0.30% | 0.55% | 0.65% | |
(15-25] | 0.30% | 0.50% | 0.55% |
[1] K/İ əmsalı – ipoteka kreditin məbləğinin ipoteka predmetinin dəyərinə nisbəti