Zəmanət üzrə komissiyalar

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 8.3-cü bəndinə əsasən, sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanətin verilməsinə görə müvəkkil bank tərəfindən 0,5%-dən çox olmamaqla birdəfəlik komissiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının 02 may 2018-ci il tarixli 03 nömrəli qərarı ilə sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanətin verilməsinə görə ödənilən birdəfəlik komissiya verilən zəmanət məbləğinin 0,4 faizi həddində təsdiq edilmişdir.


Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətlərin verilməsinə görə ödənilən illik komissiya


Risk səviyyəsi

Reytinq üst kateqoriya

Reytinq alt kateqoriya

İllik komissiya

Yuxarı təminat

Orta təminat

Aşağı təminat

Aşağı risk A (A1 - A3) 0,33% 0,38% 0,43%
A- (A1 - A3) 0,39% 0,45% 0,51%
Orta risk (aşağı hədd) B (B1 - B3) 0,49% 0,69% 0,78%
B- (B1 - B3) 0,64% 0,84% 1,14%
Orta risk (yuxarı hədd) C

(C1 - C3) 0,89% 1,49% 2,09%
C- (C1 - C3) 1,31% 1,97% 2,59%
D (D1 - D2) 1,50% 2,20% 2,80%