Kompleksin tikinti parametrləri
- Kompleksdə mənzillər
10 mərtəbəli binalarda yerləşir.
- Binalarda yerləşən mənzillər
1 və 3 otaqlıdır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə sakinlərin
istirahəti üçün oturacaqlar, idman qurğuları və uşaq oyun meydançası mövcuddur.
Kompleksin yerləşmə yeri
Yaşayış
kompleksi çox əlverişli ərazidə - Zabrat-Kürdəxanı şossesinin kənarında, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə hərəkət edən sürət qatarının Məmmədli
dayanacağının, həmçinin avtobus dayanacaqlarının yaxınlığında yerləşir. Ərazidə ümumtəhsil məktəbi,
uşaq bağçaları, park, ictimai iaşə obyektləri, mağazalar, bank filialları və
poçt şöbələri yerləşir.
Mənzillərə dair digər məlumatlar:
1 otaqlı 73 –
520.18 manatdan;
3 otaqlı 107.5 – 766.02 manatdan başlayır.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.