Tələb olunan sənədlər:
-
Emitentin
sifariş ərizəsi (anket);
-
Emitentin
təsis sənədlərinin, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışının) və VÖEN-in surətləri;
-
Emitentin
müstəqil auditor tərəfindən yoxlanılmış son 2 (iki) ilin maliyyə hesabatları;
-
Emitentin
son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-
Emitentə
qarşı tələblərə dair aidiyyəti qurumlardan müvafiq təsdiqedici sənədlər.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.