Zəmanətin alınma mərhələləri
1. Kredit üçün müraciət -
borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir.
2. Kreditin anderraytinqi - müvəkkil bank borcalanın kredit sifarişinin
Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit
təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq
qərar qəbul edir.
3. Kreditin verilməsi -
müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank
Fondun zəmanəti əsasında kreditin verilməsini həyata keçirir.
4. Kreditin zəmanət portfelinə daxil edilməsi - Müvəkkil bank kreditin zəmanət portfelinə daxil
edilməsi üçün kredit barəsində məlumat formasını kredit müqaviləsi
imzalandıqdan sonra 3 (üç) iş günü müddətində Fonda təqdim edir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.