Tələb olunan sənədlər:
-
kreditin
verilməsinə dair qeydlər göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
-
sahibkarın
kredit sifarişi ərizəsi və kredit hesabatı;
-
sahibkar
hüquqi şəxs olduqda, onun təsis sənədləri – nizamnaməsi, dövlət reyestrindən
çıxarış və VÖEN, fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və VÖEN;
-
sahibkar
hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında 25% və daha çox iştirak payı
olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;
-
sahibkarın
(hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki
və (və ya) hüquqi şəxslərin, fiziki şəxs olduqda isə yaxın qohumlarının və ya
birgə təsərrüfat aparan ailə üzvlərinin) müvəkkil banka aidiyyəti şəxs
olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin
imzaladığı sənəd;
-
sahibkarın
ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd;
-
Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin,
habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə
alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair
müvafiq sənəd;
-
kredit
üzrə təminat təqdim edildikdə, təminat qismində çıxış edən girov (ipoteka)
predmeti olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd və girov
(ipoteka) predmetinin qiymətləndirmə aktı;
-
müvafiq
sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin
yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə (qanunvericiliklə tələb
olunduqda).