Kompleksin tikinti parametrləri
- Kompleks 13 mərtəbəli
binadan ibarətdir.
- Mənzillərin otaq sayı
2-4 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Yaşayış
sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin
istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası
quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.
Kompleksin yerləşmə yeri
Yaşayış
kompleksi çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq
bağçaları, park, kafelər, mağazalar, bank filialları və poçt şöbələri mövcuddur.
Kompleksin yaxınlığında avtobus dayanacağı var.
Kompleksə dair digər məlumatlar
Mənzillərin sahəsi və aylıq ödənişləri:
2 otaqlı 91.95 kv.m – 718.31 manatdan;
3 otaqlı 118.87 kv.m – 928.61 manatdan;
4 otaqlı 159.39 kv.m – 1245.15 manatdan başlayır.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.