Kompleksin tikinti parametrləri
- Kompleksdə mənzillər
15 mərtəbəli binalarda yerləşir.
- Binalarda yerləşən mənzillərin otaqlarının sayı
1-3 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə binanın
sakinləri üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası
quraşdırılmışdır. Eyni zamanda, bina sakinləri üçün yeraltı geniş avtomobil
dayancaqları da var.
Kompleksin yerləşmə yeri
Kompleks
Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci
kilometrirliyində yerləşir. Yaşayış binası çox əlverişli ərazidə yerləşir. Belə
ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, tibb müəssisəsi, uşaq bağçası, iri
ticarət mərkəzi və DOST xidmət mərkəzi yerləşir. Həmçinin kompleksin yaxınlığında
avtobus dayanacağı mövcuddur. Burada fəaliyyət göstərən avtobus marşrutları ilə
qəsəbə və şəhərətrafı ərazilərə tez bir zamanda çatmaq imkanı yaradır.
Kompleksə dair digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi və aylıq
ödənişləri:
1 otaqlı 48.00 kv.m – 268.06 manatdan;
2 otaqlı 78.81 kv.m – 440.12 manatdan;
3 otaqlı 103.30 kv.m – 576.88 manatdan
başlayır.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.