Kompleksin tikinti parametrləri
- Kompleks 16 mərtəbəli
5 blokdan ibarətdir.
- Binalarda yerləşən mənzillərin otaqlarının sayı
2-3 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə
oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır.
Eyni zamanda, bina sakinləri üçün avtomobillərin saxlanması üçün dayanacaq yerləri
var.
Kompleksin yerləşmə yeri
Kompleks
Xətai rayonu, Nəsrəddin Tusi küçəsində, Əhmədli və Həzi
Aslanov metro stansiyalarına piyada 10 dəqiqəlik məsafədə yerləşir. Həmçinin yaşayış binası çox əlverişli ərazidə yerləşməklə
yanaşı, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq bağçaları, park, kafelər,
müxtəlif mağazalar, bank filialları və poçt şöbələri var.
Kompleksə dair digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:
2 otaqlı 76.00 kv.m – 557.61 manatdan;
3 otaqlı 98.90 kv.m – 725.62 manatdan başlayır.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.