Kompleksin tikinti parametrləri
- Kompleks 14
mərtəbəli 3 binadan ibarətdir.
- Binalarda yerləşən mənzillərin otaqlarının sayı
1-2 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə
oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır.
Eyni zamanda, binanın yeraltı qarajı var.
Kompleksin yerləşmə yeri
Kompleks
Abşeron rayonu, Masazır qəsəbəsinin mərkəzində yerləşir. Yaşayış binası çox əlverişli
ərazidə yerləşir. Belə ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq
bağçaları, bank filialları, poçt şöbələri və ictimai iaşə obyektləri yerləşir. Kompleksin
yaxınlığında avtobus dayanacağı mövcüddur və burda fəaliyyət göstərən avtobus
marşrutları ilə qəsəbə və şəhərətrafı ərazilərə tez bir zamanda çatmaq imkanı
yaradır.
Kompleksə dair digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi və aylıq
ödənişləri:
1 otaqlı 63.20 kv.m – 320.25 manatdan;
2 otaqlı 87.00 kv.m – 440.85 manatdan;
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.