Müntəzəm verilən suallar

1

Kredit Zəmanət dedikdə nə başa düşülür və kimlərə verilir?

·    Qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

·    Borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair Fondun müvəkkil bank qarşısında öhdəliyidir.

2

Kredit zəmanətinin alınması üçün necə müraciət edilir və Fonda təqdim olunmuş layihələrə hansı müddətdə baxılır?

·     Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron hökumət” portalında   olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə müraciət edir.

·     Fond zəmanətin verilməsi üzrə müvəkkil bank tərəfindən elektron qaydada edilmiş müraciət ilə   bağlı 10 (on) iş günü müddətində qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.

3

Mövcud qaydalarda Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlar tərəfindən Fonda hər hansı komissiya ödənilməsi nəzərdə tutulubmu?

Mövcud qaydalarda Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlar tərəfindən Fonda hər hansı komissiya ödənilməsi nəzərdə tutulmamışdır.
4

Kredit zəmanətinin alınması üçün girov predmeti tələb olunur?

Kredit zəmanətinin alınması üçün girov predmeti mütləq şərt deyil.                                                                                                                                                                                                                                                                                 
5

Zəmanətin verilməsi üçün kredit məbləği hansı şərtlərə cavab verməlidir və verilə bilən zəmanətin yuxarı və aşağı həddi nə qədərdir?

·    Kreditin məbləği 30 000 (otuz min) manatdan az, bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği  isə 5 000 000 (beş milyon) manatdan çox olmamalıdır. Bu kredit məbləği bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün 10 000 000 (on  milyon) manatdan çox olmamalıdır.

·    Bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 3 000 000 (üç milyon) manat məbləğində olmalıdır. Bu məbləğ bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün 6 000 000 (altı  milyon) manatdan çox olmamalıdır.

6

Hansı təyinatlı kreditlərə zəmanət verilir və zəmanət şərtləri necədir?

·    Əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərə zəmanət verilir.

·    Əsas vəsaitlərin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 7 (yeddi) ildən artıq olmamalıdır.

·   Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalıdır.

·    Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalıdır.

·    Kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalıdır.

·    Kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.