İlk olaraq bu layihədə əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm.
Artıq neçə illərdir ki, mənzil sahibi ola bilmirdik və belə bir mənzilin əldə olunması bizim üçün uzun və böyük əmək tələb edirdi. Kirayə mənzilin şərtləri asan və qısa müddətdə mənzil sahibi olmaq üçün çox əlverişlidir.
Sizin kirayə mənzil layihəsindən bizim ailə də yararlandı və mənzilin təmirli olması çox müsbət bir amildir. Müraciət göndərəndən mənzili təhvil alana kimi Fondun əməkdaşları yüksək səviyyədə xidmət göstərdilər. Hər birinə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Hacıyeva Mənsumə Məhərrəm qızı
Dövlətimizin, dövlat başçımız Cənab İham Əliyevin uğurlu siyasəti nəticəsində dövlətimiz daim inkişaf edib, çiçəklənən dövrünü yaşayır. Hər bir sahədə olduğu kimi gənclərin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində də uğurlu addımlar atılıb və bu sahəni Ali Baş Komandanımız İpoteka və Kredit Zəmanət Fonduna həvalə edib. Dövlət başçımızın bu etimadını İpoteka və Kredit Zəmanət Fondu layiqincə doğruldaraq kirayə mənzillər layihəsində tam şəffaf mexanizim qurub.
Oğlum, Fondun kirayə mənzil layihəsi çərçivəsində Xətai rayonu, Gəncə prospektində təklif edilən Xətai Park yaşayış kompleksindən tam təmirli 2 otaqlı mənzil əldə edib. Belə bir mənzil əldə etmək üçün uzun illər əmək sərf olunmalıdır, lakin bu layihə sayəsində qısa müddət ərzində rahat və tam şəffaf şərtlərlə mənzil əldə edilməsi bir ata olaraq məni sevindirir.
Buna görə bu işdə əməyi keçən hər kəsə vətəndaşlara göstərdikləri yüksək diqqətə görə öz təşəkkürümü bildirir, işlərinizdə bundan sonrada daima uğurlar arzulayıram.
Hörmətlə,
Cabbarov Fəxrəddin Hümbət oğlu
Mən Əsgərov Fərid 2021-ci ilin fevral ayında İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaradılmış kirayə mənzil sistemi vasitəsilə A.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasından evə sahib olmuşam. Yazmağımın səbəbi bu sistemin yaradılmasında əməyi olan Fondun rəhbər və işçi heyətinə öz təşəkkür və minnətdarlığımı bildirməkdir. Əminəm ki, bu lahiyə çox ailələrin şəxsi evlərinə sahib olmağa köməklik göstərəcək.
Sizə işlərinizdə uğurlar arzulayıram. Bir daha minnətdaram!
Hörmətlə,
Fərid Əsgərov
Qeyd etmək istərdim ki, son vaxtlar rəhbərlik etdiyiniz Fond tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən kirayə mənzillər layihəsi hamı tərəfindən rəğbətlə qarşılanıb. Bildirmək istərdim ki, övladım Nəzərov Ramil də həmin layihədən yararlanıb, Binəqədi rayonunda olan layihənizdən tam təmirli mənzil kirayə götürüb. Həmin mənzilin göturülməsi prosesi tam şəffaf, lüzumsuz sənədlər olmadan və çox az zaman kəsiyində olub.
Əhalinin, xüsusi ilə gənclərin mənzil şəraitini yaxşılaşdırdığı üçün İpoteka və Kredit Zamanət Fonduna, Fondun bu işdə əməyi keçən bütün əməkdaşlarına vətəndaşlara göstərdikləri yüksək diqqətə görə öz təşəkkürümü bildirir, işlərinizdə bundan sonra da uğurlar arzulayıram.
Hörmətlə,
Nəzərov Qardaşxan İltifat oğlu