Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi

Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış binası – Xırdalan şəhərinin mərkəzində, Bakı şəhərinə 10 dəqiqəlik, Sumqayıt şəhərinə isə 20 dəqiqəlik məsafədə yerləşən, rahat mənzillərdən ibarət kompleksdir.

Kompleksin tikinti parametrləri

-       Kompleks 16 mərtəbəli 2 binadan ibarətdir.

-       Binalarda yerləşən mənzillərin otaqlarının sayı 1-3 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

 

Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış binası çox əlverişli ərazidə yerləşir. Belə ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq bağçaları, parklar, xəstəxana, kafelər, müxtəlif mağazalar, bank filialları və şöbələri yerləşir.


Kompleksin nəqliyyat imkanları

Avtobus dayanacağına qədər olan məsafə 50 metrdir. Yaxınlıqda bir neçə avtobus marşrutu fəaliyyət göstərir, bu da şəhərətrafı ərazilərə tez bir zamanda çatmaq imkanı yaradır.


Kompleksdə nəzərdə tutulan digər xüsusiyyətlər

Kompleksin qarşısında ona gözəllik qatacaq geniş, müasir parkın salınması nəzərdə tutulur. Ağac və yaşıllıqlarla sakinlərin ruhunu oxşayacaq parkda uşaqların istirahəti üçün oyun meydançası və attraksion quraşdırılacaq.


Kompleksə dair digər məlumatlar

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri: 

1 otaqlı 50.50 kv.m – 333.20 manatdan;

2 otaqlı 96.67 kv.m – 637.82 manatdan;

3 otaqlı 130.02 kv.m – 857.87 manatdan başlayır.