«Mirvari City» yaşayış kompleksi dəniz sahilində
yerləşən nadir yeni tikililərdəndir.
Kompleksin tikinti parametrləri
- Kompleks
8-9 mərtəbəli 6 binadan ibarətdir.
- Kompleksdə
yerləşən mənzillər 1-4 otaqlıdır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən
üstünlükləri
Kompleksin yaxınlığında uşaq bağçası,
bir neçə ümumtəhsil məktəbi yerləşir. Yaxınlıqda mədəniyyət və istirahət parkı,
bir neçə kafe, bank filialları, mağazalar, idman kompleksləri və əyləncə mərkəzləri
var.
Kompleksin yerləşmə yeri
«Mirvari City» yaşayış kompleksi
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ünvanında, dənizkənarı park ərazisində
yerləşir və şəhər mərkəzindən cəmi bir kilometr yarım məsafədədir. Kompleksin
qarşısında Xəzər dənizi, arxa tərəfində isə çoxyaşlı
sıx həmişəyaşıl ağaclardan ibarət geniş park yerləşir. Yeni kompleksin
yaxınlığında böyük sənaye müəssisələri və ya kompleks sakinlərini narahat edə
biləcək digər obyektlər yoxdur. Ərazinin təmiz, oksigenlə zəngin ekologiyası və
abadlaşdırılmış yaşayış mühiti var.
Kompleksin nəqliyyat imkanları
Kompleksin yaxınlığında avtobus
dayanacağı var. Sumqayıt dəmir yolu vağzalına qədər olan məsafə üç kilometri
keçmir.
Kompleksdə nəzərdə tutulan digər
xüsusiyyətlər
Kompleksin ətrafında müxtəlif yeni növ
bitkilər və ağaclar əkilir. Eyni zamanda, geniş avtomobil yolları və avtomobillər
üçün dayanacaq yerləri nəzərdə tutulub. Yeni kompleksdə sakinlər avtoparkinq,
idman və uşaq meydançalarından və rahat istirahət zonalarından istifadə edə biləcək.
Daxili sahələrin birinci mərtəbələrində mağazalar, bərbərxanalar, apteklər,
kafelər və digər infrastruktur obyektləri yerləşir.
Kompleksə dair
digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi və aylıq
ödənişləri:
1 otaqlı 57.10 kv.m – 376.74 manatdan;
2 otaqlı 82.70 kv.m – 545.65 manatdan;
3 otaqlı 139.33 kv.m – 919.29 manatdan;
4 otaqlı 145.50 kv.m – 960 manatdan
başlayır.