"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi

"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi – Sumqayıt şəhərinin girişində, mərkəzə yaxın məsafədə yerləşən, rahat şəraitli çoxmənzilli binalardan ibarət olan yaşayış kompleksidir.


Kompleksin tikinti parametrləri

-       Kompleksdə mənzillər 7 və 11 mərtəbəli binalarda yerləşir.

-       Kompleksdə yerləşən mənzillərin otaqlarının sayı 2-3 aralığında dəyişir.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

İnfrastruktur cəhətdən kompleks çox əlverişli ərazidə yerləşir. Belə ki, kompleksdən bir qədər məsafədə bir neçə kafe, müxtəlif mağazalar, o cümlədən, ərzaq mağazası, bank filialı və şöbələri, otellər və poçt idarələri yerləşir. Eyni zamanda, kompleksin daxilində müasir ticarət mərkəzində yerləşəcək AVM, bank filialları, tanınmış geyim mağazaları, restoran, kinoteatr, idman-spa mərkəzinin fəaliyyət göstərməsi, müasir məktəb və uşaq bağçası, tibb müəssisəsinin inşası nəzərdə tutulub.


Kompleksin yerləşmə yeri

"Sumqayıt Baxça Şəhər" yaşayış kompleksi Sumqayıt şəhərinin girişində, Sülh küçəsində yerləşir. Şəhərin mərkəzindən beş dəqiqə, Bakıdan isə avtomobillə otuz dəqiqə məsafədədir.  


Kompleksin nəqliyyat imkanları

Avtobus dayanacağına qədər olan məsafə 300 metrdir, yaxınlıqda bir neçə avtobus marşrutu fəaliyyət göstərir. Şəhərin bütün istiqamətləri üzrə yolayrıcılarının kompleksin yaxınlığından keçməsi şəhərin hər bir ərazisinə rahat gediş imkanını yaradır. Eyni zamanda, kompleks Sumqayıt Avtovağzalına yaxın məsafədə yerləşir.


Kompleksdə nəzərdə tutulan digər imkanlar

Nəqliyyat üçün avtomobil yolları və səki plitələri ilə örtülmüş piyada yolları çəkilir, küçə fənərləri quraşdırılır. Yaşayış kompleksində yerüstü dayanacaq yerləri salınır, sakinlərin avtomobilləri üçün isə yeraltı parkinq tikilir. "Sumqayıt Baxça Şəhər" yaşayış kompleksində 24 saat fasiləsiz mühafizə xidməti fəaliyyət göstərir, həmçinin video-müşahidə sistemləri quraşdırılır. Uşaqlar üçün yelləncəkləri və slaydları olan oyun meydançaları tikilir, sakinlər üçün rahat istirahət zonaları mövcuddur. 


Kompleksə dair digər məlumatlar 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri: 

2 otaqlı 45 kv.m – 296.91 manatdan;

3 otaqlı 106 kv.m – 699.38 manatdan başlayır.