Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci
məhəllədə yerləşən yaşayış binası – Xırdalan şəhərinin
mərkəzində, Bakı şəhərinə 10 dəqiqəlik, Sumqayıt şəhərinə isə 20 dəqiqəlik məsafədə
yerləşən, rahat mənzillərdən ibarət kompleksdir.
Kompleksin tikinti parametrləri
- Kompleks 16
mərtəbəli 2 binadan ibarətdir.
- Binalarda yerləşən mənzillərin otaqlarının sayı
1-3 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin infrastruktur cəhətdən
üstünlükləri
Yaşayış binası çox əlverişli ərazidə
yerləşir. Belə ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq bağçaları,
parklar, xəstəxana, kafelər, müxtəlif mağazalar, bank filialları və şöbələri
yerləşir.
Kompleksin nəqliyyat imkanları
Avtobus dayanacağına qədər olan məsafə
50 metrdir. Yaxınlıqda bir neçə avtobus marşrutu fəaliyyət göstərir, bu da şəhərətrafı
ərazilərə tez bir zamanda çatmaq imkanı yaradır.
Kompleksdə nəzərdə tutulan digər
xüsusiyyətlər
Kompleksin qarşısında ona gözəllik
qatacaq geniş, müasir parkın salınması nəzərdə tutulur. Ağac və yaşıllıqlarla
sakinlərin ruhunu oxşayacaq parkda uşaqların istirahəti üçün oyun meydançası və
attraksion quraşdırılacaq.
Kompleksə dair digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:
1 otaqlı 69.40 kv.m – 457.90
manatdan;
2 otaqlı 89.80 kv.m – 592.50
manatdan;
3 otaqlı 126.80 kv.m – 836.62
manatdan başlayır.