Kompleksin tikinti
parametrləri
- Kompleks
20 mərtəbəli 20 binadan ibarətdir.
- Kompleksdə
yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin
infrastruktur cəhətdən
üstünlükləri
- Fitness-mərkəzi;
- Uşaq
bağçası;
- Kafe
və restoran;
- Müxtəlif
formatlı ofislərin icarəyə verildiyi biznes-zonalar.
Kompleksdə yaşıllaşdırma işləri
aparılmış, uşaq oyunları, sakinlərin istirahəti və fəal asudə vaxtı üçün rahat mühit
yaradılmışdır. Bununla yanaşı, kompleksin yaxınlığında bir neçə ümumtəhsil məktəbi,
istirahət parkı, kafe və restoranlar, banklar, mağazalar, idman kompleksləri və
əyləncə mərkəzləri yerləşir.
Kompleksin yerləşmə
yeri
Kompleks ekoloji cəhətdən
təmiz olan Xətai rayonu, Gəncə prospekti, 2942А ünvanında yerləşir. Geniş park ərazisi
təxminən bir kilometr, sahil isə iki kilometr məsafədədir.
Kompleksin nəqliyyat
imkanları
«Xətai Park»
yaşayış kompleksi «Həzi Aslanov» metro stansiyasından təxminən bir kilometr məsafədədir.
Kompeksin yerləşdiyi Gəncə prospekti şəhərin digər əsas magistrallarına qısa
bir zamanda çıxış imkanı yaradır.
Kompleksə dair digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi
və aylıq ödənişləri:
1 otaqlı 53.25 kv.m – 411.77
manatdan;
2 otaqlı 76 kv.m – 587.69
manatdan;
3 otaqlı 108.53 kv.m – 839.24
manatdan;
4 otaqlı 151.62 kv.m – 1172.45
manatdan başlayır.