Kompleksin tikinti
parametrləri
- Kompleks
16 mərtəbəli 4 binadan ibarətdir.
- Kompleksdə
yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığındadır.
- Mənzillər
tam təmirlidir.
- Bütün
kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.
- Mənzillər
üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Kompleksin
infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı
sahəsi var. Həyətyanı sahədə yaşıllıq zonası yaradılmış, oturacaqlar, müxtəlif
idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, bina
sakinləri üçün avtomobillərin saxlanması üçün dayanacaq yerləri var.
Kompleksin yerləşmə
yeri
Yaşayış kompleksi Bakı şəhəri, Nizami
rayonu, Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində, Qara
Qarayev metro stansiyasından piyada 7-10 dəqiqəlik məsafədə yerləşir.
Kompleksə dair
digər məlumatlar
Kompleksdə mənzillərin sahəsi
və aylıq ödənişləri:
1 otaqlı 76.30 kv.m – 616.19
manatdan;
2 otaqlı 102.80 kv.m – 830.20
manatdan;
3 otaqlı 136.60 kv.m – 1103.17
manatdan;
4 otaqlı 187.45 kv.m – 1513.83
manatdan başlayır.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.