Zəmanətin alınma mərhələləri:
1. Kredit üçün müraciət - borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) vasitəsilə müraciət edir.
2. Kreditin anderraytinqi - müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir. Bu qərar müvəkkil bank tərəfindən elektron sistemdə yerləşdirilir.
3. Zəmanət üçün müraciət - müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir.
4. Zəmanətin verilməsi - Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.