Hörmətli
Namizəd! Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna göstərdiyiniz
maraq üçün Sizə öz təşəkkürümüzü bildiririk. Fondun hər hansı vakansiyasına müraciət etmək üçün "İşə qəbul üzrə müraciət forması"nı doldurmağınız xahiş olunur. Müraciət forması
uğurla doldurulduqda, qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq məktubu göndəriləcək. Müraciət formasında bütün vacib (*) bölmələrin dəqiqliklə doldurulması tələb olunur. |
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.