Azərbaycan Respublikası İpoteka və
Kredit Zəmanət Fondunun Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Fondun qərarlarından,
digər hərəkət və ya hərəkətsizliyindən (Apellyasiya Şurası haqqında əsasnamənin
1.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə
baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə
hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.
Apellyasiya Şurası
öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında
qurur.
Elektron poçt ünvanı: apellyasiya@mcgf.gov.az
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.