26.04.2023

İKZF-NİN İSTİQRAZLARININ 100 MLN. MANATLIQ EMİSSİYASININ SON TRANŞI YERLƏŞDİRİLİB

2023-cü il aprelin 26-da Bakı Fond Birkasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar tam şəkildə yerləşdirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İKZF-nin sənədsiz adlı, faizli istiqrazlarının Baza emissiya prospekti 16 yanvar 2023-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.