13.04.2023

İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

17 aprel 2023-cü ildə Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 70 000.000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001.2638 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Baza emissiya prospekti 16 yanvar 2023-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.