03.04.2023

İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdirilib

2023-cü il aprelin 3-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 30 000 000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılib və tam şəkildə yerləşdirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının baza emissiya prospekti 16 yanvar 2023-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.