31.08.2018

İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

İpoteka və Kredit Zəmanət Fondu 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı açıq tender elan edir.

 

Tender üzrə prosedurlar 17 oktyabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.


Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

      ·   tenderdə iştirak etmək üçün ərizə;

·         iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

·         təklif;

·         təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);

·        iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

·         tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

·         iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

·         Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);

·         iddiaçının audit sahəsində peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar. İddiaçılar öz təkliflərini geniş təqdim etməli, keçirəcəyi audit yoxlamasının metodoloji yanaşması barədə məlumat verməli, audit yoxlaması üzrə iş qrafikini, o cümlədən yoxlamaya cəlb olunacaq mütəxəssislərin qısa tərcümeyi halını və  iddiaçının əməkdaşı olmasını təsdiq edən sənəd (e-gov.az portalından iş yeri barədə arayış) əlavə etməlidirlər;.

·         Mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər.


Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

·         audit xidmətinin göstərilməsinə cəlb olunan auditorların milli (yerli) və beynəlxalq mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində peşəkar iş təcrübəsinə malik olması;

·         üzv olduğu audit qrupunun beynəlxalq səviyyədə tanınması və müvafiq reytinqə malik olması;

·         öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;

·         müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

·         satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

 

Xidmətin icra müddəti: 2018-ci ilin maliyyə hesabatları üzrə audit xidmətləri 27 noyabr 2018-ci il tarixindən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2019-ci il tarixinədək Fonda təqdim edilməlidir. 2019-2020-ci illərin maliyyə hesabatları üzrə audit xidmətləri də müvafiq illər üzrə qeyd olunan dövrləri əhatə etməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

 

Açıq tenderdə iştirak haqqı 150 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra tenderin əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 04 oktyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 16 oktyabr 2018-ci il tarixinədək qəbul ediləcək.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 130), Faks: (+99412) 598-11-77.

                                                                                                                                                      Satınalmalar komissiyası