Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet saytının yaradılmasına dair xidmətin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunması başa çatmış və satınalmanın qalibi “Neyron Teknolocis” MMC ilə 16 may 2018-ci il tarixli C-020-12-04-2018 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.