Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi 1 ünvanında yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

-       Kompleks 14 mərtəbəli binalardan ibarətdir.

-       Mənzillərin otaq sayı 1-3 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Yaşayış sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.


Kompleksin yerləşmə yeri

Kompleks Saray qəsəbəsinin Sumqayıt şəhəri istiqamətindən girişində, çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, kafelər, mağazalar, bank filialları mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.


Kompleksə dair digər məlumatlar

 

Mənzillərin sahəsi və aylıq ödənişləri:

 

1 otaqlı 55 kv.m – 357.08 manatdan;

2 otaqlı 78 kv.m – 506.41 manatdan;

3 otaqlı 141 kv.m – 915.43 manatdan başlayır.