Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

-       Kompleks 13 mərtəbəli binadan ibarətdir.

-       Mənzillərin otaq sayı 2-4 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Yaşayış sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.


Kompleksin yerləşmə yeri

Yaşayış kompleksi çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, park, kafelər, mağazalar, bank filialları və poçt şöbələri mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.


Kompleksə dair digər məlumatlar

 

Mənzillərin sahəsi və aylıq ödənişləri:

 

2 otaqlı 91.95 kv.m – 718.31 manatdan;

3 otaqlı 118.87 kv.m – 928.61 manatdan;

4 otaqlı 159.39 kv.m – 1245.15 manatdan başlayır.