Kirayəçi məmnunluğu

9
19.03.2021

Rəsulova Natella Yusif qızı, Bakı şəhəri

Uzun illərdir yeni tikililərdən mənzil sahibi olmaq istəyirdik. Reklam olunan hər şirkətin təklif etdiyi mənzillərlə, tələb olunan şərtlərlə maraqlanırdıq. Amma tələb olunan sənəd yığımı, ən əsası da tələb olunan ilkin ödəniş hər dəfəsində bizi bu fikirdən uzaqlaşdırırdı.

Xəbərlərdə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsi ilə rastlaşdıq. Belə ki, vaxt almayan sənəd yığımı və ən əsası mənzili əlçatan edən minimal ilkin ödənişlə vətəndaşın mənzil sahib olmaq imkanı yaradan bir layihə. Dərhal tələb olunan sənədləri topladıq və elektron kabinet yaratmaqla kirayə mənzil üçün Fonda müraciət etdik. Tam şəffaf və elektronlaşdırılmış şəkildə mənzil seçimi etdik və çox qısa zaman ərzində mənzil istifadəmizə verildi. Qeyd edim ki, "Xətai Park" yaşayış kompleksindən əldə etdiyimiz mənzil tam təmirli, qaz, işıq, su xəttləri və kombi sistemi ilə tam təmin edilmiş, səliqəli, təmirdən sonra təmizlənmiş bizə təhvil verildi. Bina infrastruktur cəhətdən çox əlverişlidir: metro və avtobus dayanacağına çox yaxın, məktəb, uşaq bağçası, mağaza və s. Kompleksin həyətində uşaqlar üçün oyun meydançası, böyüklər üçün idman meydançaları mövcuddur, ərazi yaşıllaşdırılıb.

Bunları nəzərə alaraq, vətəndaşlar üçün yaradılan bu şəraitə görə hər birinizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Rəsulova Natella Yusif qızı

10
29.03.2021

Nahid Suleymanov, Bakı şəhəri

Öncəliklə göstərdiyiniz nümunəvi xidmət və müştəriyə olan qayğınıza görə hər birinizə təşəkkürümü bildirirəm.

İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən kirayə mənzil layihəsinə üç otaqlı mənzil almaq üçün müraciət etdim. Fondun əməkdaşlarının göstərdiyi nümunəvi xidmətin nəticəsi olaraq qısa zamanda mənzil sahibi oldum.

Sənədlərin təqdim edilməsi və qeydiyyata alınması prosesi İKZF əməkdaşlarının professional xidməti nəticəsində qısa zamanda uğurlu şəkildə həll edildi.

Sosial məsələlərin həlli və gənc ailələrin mənzil sahibi olması həmişə bizim üçün prioritet olmuşdur deyən cənab Prezidentimizin qayğısının nəticəsi olaraq mənzil sahibi olmaq çox sevindirici haldır.

Hər birinizə bu çətin və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,
Nahid Suleymanov

11
29.03.2021

Nizami Kərimov, Bakı şəhəri

Əvvəla göstərdiyiniz yüksək xidmətə görə Sizlərə təşəkkür edirəm. İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi Xətai rayonu, Gəncə prospektində yerləşən kirayə mənzil layihəsindən qısa müddət ərzində mən də mənzil sahibi oldum. Qeyd etmək istərdim ki, Fond tərəfindən həyata keçirilən kirayə mənzil layihəsi sosial baxımdan gənc ailələr üçün sərfəlidir və bu dövlətimizin uğurlu bir layihələrindəndir. Mənzil sahib olmaq istəyən bütün gənc ailələrə bu layihədən faydalanmağı tövsiyyə edirəm.

Bir daha hər birinizə dərin təşəkkürümü edirəm. İşlərinizdə Sizlərə uğurlar arzulayıram.

Hörmətlə,
Nizami Kərimov

12
02.04.2021

Zümrüd Səmədova Səməd qızı, Bakı şəhəri

Mən Səmədova Zümrüd Səməd qızı İpoteka və Zəmanət Fondununun dəstəyi ilə mənzil əldə edən şanslı insanlardan biriyəm. Bu cür gözəl layihəni həyata keçirdiyiniz üçün Sizə minnətdaram.

Layihənizi gördükdə mənim üçün ən uyğun şərtlər olduğunu müəyyən etdim. Bu səbəbdən də vaxt itirmədən müraciət etmək qərarına gəldim. Bu layihənin ən gözəl tərəflərindən biri hazırki dövrün tələblərinə cavab verməsidir, yəni müraciətin ilkin və sonrakı pillələrinin elektron qaydada olmasıdır. Təqdim etdiyim sənədlər tələblərə cavab verdiyi üçün qısa zaman ərzində mənzil sahibi oldum.

Biz gənclər üçün bu cür gözəl və sərfəli şərtlərlə həyata keçirdiyiniz layihəyə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,
Zümrüd Səmədova Səməd qızı