Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yeni yaşayış kompleksi

«Mirvari City» yaşayış kompleksi dəniz sahilində yerləşən nadir yeni tikililərdəndir.


Kompleksin tikinti parametrləri

-       Kompleks 8-9 mərtəbəli 6 binadan ibarətdir.

-       Kompleksdə yerləşən mənzillər 1-4 otaqlıdır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Kompleksin yaxınlığında uşaq bağçası, bir neçə ümumtəhsil məktəbi yerləşir. Yaxınlıqda mədəniyyət və istirahət parkı, bir neçə kafe, bank filialları, mağazalar, idman kompleksləri və əyləncə mərkəzləri var.


Kompleksin yerləşmə yeri

«Mirvari City» yaşayış kompleksi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ünvanında, dənizkənarı park ərazisində yerləşir və şəhər mərkəzindən cəmi bir kilometr yarım məsafədədir. Kompleksin qarşısında Xəzər dənizi, arxa tərəfində isə çoxyaşlı sıx həmişəyaşıl ağaclardan ibarət geniş park yerləşir. Yeni kompleksin yaxınlığında böyük sənaye müəssisələri və ya kompleks sakinlərini narahat edə biləcək digər obyektlər yoxdur. Ərazinin təmiz, oksigenlə zəngin ekologiyası və abadlaşdırılmış yaşayış mühiti var.


Kompleksin nəqliyyat imkanları

Kompleksin yaxınlığında avtobus dayanacağı var. Sumqayıt dəmir yolu vağzalına qədər olan məsafə üç kilometri keçmir.


Kompleksdə nəzərdə tutulan digər xüsusiyyətlər

Kompleksin ətrafında müxtəlif yeni növ bitkilər və ağaclar əkilir. Eyni zamanda, geniş avtomobil yolları və avtomobillər üçün dayanacaq yerləri nəzərdə tutulub. Yeni kompleksdə sakinlər avtoparkinq, idman və uşaq meydançalarından və rahat istirahət zonalarından istifadə edə biləcək. Daxili sahələrin birinci mərtəbələrində mağazalar, bərbərxanalar, apteklər, kafelər və digər infrastruktur obyektləri yerləşir.


Kompleksə dair digər məlumatlar

 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri: 

1 otaqlı 57.10 kv.m – 376.74 manatdan;

2 otaqlı 82.70 kv.m – 545.65 manatdan;

3 otaqlı 139.33 kv.m – 919.29 manatdan;

4 otaqlı 145.50 kv.m – 960 manatdan başlayır.