Bakı şəhəri, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksi

«Xətai Park» yaşayış kompleksi yaşayış və istirahət üçün yaradılmış unikal bir layihədir.

 

Kompleksin tikinti parametrləri

-       Kompleks 20 mərtəbəli 20 binadan ibarətdir.

-       Kompleksdə yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

 

Kompleksin infrastruktur cəhətdən üstünlükləri

-       Fitness-mərkəzi;

-       Uşaq bağçası;

-       Kafe və restoran;

-       Müxtəlif formatlı ofislərin icarəyə verildiyi biznes-zonalar.

Kompleksdə yaşıllaşdırma işləri aparılmış, uşaq oyunları, sakinlərin istirahəti və fəal asudə vaxtı üçün rahat mühit yaradılmışdır. Bununla yanaşı, kompleksin yaxınlığında bir neçə ümumtəhsil məktəbi, istirahət parkı, kafe və restoranlar, banklar, mağazalar, idman kompleksləri və əyləncə mərkəzləri yerləşir.

 

Kompleksin yerləşmə yeri

Kompleks ekoloji cəhətdən təmiz olan Xətai rayonu, Gəncə prospekti, 2942А ünvanında yerləşir. Geniş park ərazisi təxminən bir kilometr, sahil isə iki kilometr məsafədədir.

Kompleksin nəqliyyat imkanları

«Xətai Park» yaşayış kompleksi «Həzi Aslanov» metro stansiyasından təxminən bir kilometr məsafədədir. Kompeksin yerləşdiyi Gəncə prospekti şəhərin digər əsas magistrallarına qısa bir zamanda çıxış imkanı yaradır.